Çin insan yerinə robot istehsalına keçir: “Səhər yeməyi istəmir, maaş almır, 24/7 işləyir…” - FOTO

Çin süni intellekt və robototexnika sahəsində yeni mərhələyə qədəm qoyub.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, ölkədə insanabənzər robotların sənaye müəssisələrində insan işçilər əvəzinə işləməsi istiqamətində sürətli inkişaf gedir. Zavodlar, anbarlar və istehsal xətləri artıq robotlarla təchiz olunmağa başlayıb. Bu texnoloji sıçrayış istehsalatın məhsuldarlığını görünməmiş səviyyəyə çatdırmaq potensialına malikdir.
Təsəvvür edin – bir işçi ki, nə içməyə, nə yeməyə ehtiyac duyur, əmək haqqı istəmir, 24 saat fasiləsiz işləyə bilir. Üstəlik, bu robotlar öz-özünə öyrənmə bacarığına malikdir, yəni təcrübə qazandıqca daha da effektiv olurlar.

Hazırda bu elmi-fantastik səslənən reallıq gözümüz önündə baş verir. ABŞ və Çin bu sahədə demək olar ki, baş-başadır, texnologiya yarışı isə daha da qızışır. Digər ölkələr isə “bir neçə ukraynalı kənd” uğrunda mübarizə apararkən, dünya artıq başqa istiqamətə – yüksək texnoloji rəqabət mərhələsinə qədəm qoyur.
18 mart tarixində NVIDIA şirkəti “Isaac GROOT N1” adlı dünyada ilk açıq platformalı, ümumi düşüncə və bacarıqlara sahib humanoid robot modelini təqdim edib. Bu robotun effektiv fəaliyyəti üçün RTX A6000 və ya RTX 4090 kimi güclü qrafik prosessorlar tələb olunur. Daha mürəkkəb tapşırıqlar üçün isə Nvidia DGX Spark və ya DGX H100 sistemləri lazımdır.

ABŞ artıq bu tip yüksək performanslı çiplərin Çinə ixracını qadağan etsə də, qlobal iqtisadiyyatda bu tip embarqoların effektivliyi mübahisəlidir. Ekspertlər hesab edir ki, Çin artıq bir çox sahələrdə ABŞ-la texnoloji bərabərlik səviyyəsinə çatıb, bəzi istiqamətlərdə isə onu geridə qoyub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











