Çində internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb

Texnologiya 1 Mart 2021 20:02 Oxunub 832
Çində internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb.

2020-ci ilin sonunda Çində internet istifadəçilərinin sayı 989 milyon olub. Ölkədə internetin nüfuzetmə səviyyəsi 70,4%-ə bərabərdir. Bu göstərici kənd yerlərində yüksələrək 55,9% olub.

Milli Statistika Bürosunun məlumatına görə, Çində 1,59 milyard mobil telefon istifadəçisi qeydə alınıb. Çində hər 100 sakinə 113,9 mobil telefon düşdüyü məlum olub. Həmçinin sözügedən ölkədə 483,55 milyon genişzolaqlı internet istifadəçisi var./ictnews

ŞƏRH YAZ
Ad

E-mail

Şərh