Çindən fantastik təklif: “Asteroidləri raketlə geri çevirək..."

Bunun üçün ilk sınaqda 20-dən çox iri raket göndərilməlidir.
Çin alimləri bəzən Yerə həddən artıq yaxınlaşaraq, iri şəhərlərə düşmək təhlükəsi yaradan asteroidlərin qarşısını almaq üçün yeni üsul təklif edirlər.
Fantastik səslənsə də, tədqiqatçılar nəhəng raketlərdən istifadə etməklə asteroidlərin hərəkət trayektoriyasını dəyişmək və beləliklə də, Yerə düşmək riskini azaltmağı planlaşdırır.
Əslində bu ideya yeni deyil. ABŞ artıq bu ilin sonu, yaxud gələn ilin əvvəlində hazırda Yerə yaxın yerləşən iki asteroidə robot kosmik gəmisini göndərməyə hazırlaşır. Kosmik gəmi asteroidlərin daha kiçik olanın səthinə qəza enişi edərək, onun hərəkət trayektoriyasının nə qədər dəyişəcəyini izləyəcək.
Çin Milli Kosmik Elmi Mərkəzində keçirilən simulyasiya sınaqları isə göstərib ki, Günəşin ətrafında fırlanan, eni 1970-ci ilə qədər dünyanın ən hündür binası olan Nyu-Yorkdakı Empire State Buildingə bərabər (443 metr) Bennu asteroidinin hərəkət istiqamətini dəyişmək üçün 23 ədəd Long March 5 tipli raket lazımdır. Eyni anda partlayan raketlər asteroidin trayektoriyasını Yerin radiusunun (6371 km) 1,4 misli qədər dəyişə bilər.
London İmperial Kollecinin hesablamalarına görə, növbəti 100 il ərzində eni 100 metrdən böyük asteroidlərin Yerə düşmə ehtimalı 1%-dir. Bununla belə, Çinlilər elmi araşdırmaları təcrübədə də yoxlamaq fikrində qətiyyətlidir./marja
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











