Çinin batareya istehsalçısı dünya liderliyini qoruyur - 170 milyard dollar

Elektrikli avtomobillər üçün batareya istehsalında dünya lideri, Çin şirkəti CATL (Contemporary Amperex Technology) yeni istehsal texnologiyasına keçir.
BMW-dən tutmuş Teslaya qədər bütün aparıcı avtomobil nəhənglərini batareya ilə təchiz edən şirkət daha bahalı litium və nikel əvəzinə ucuz enerji mənbəyi tapıb - duz kristalları.
Daha az enerji sıxlığına baxmayaraq, duz əsaslı sodium-ion batareyaları çox ucuz başa gəlir və qiymət rəqabətində CATL-ı hamıdan üstün edir. Şirkətin təkcə bu sahədə tədqiqat mərkəzində 5 min elmi işçi və mühəndis çalışır.
Son 10 ildə qlobal liderə çevrilən CATL-ın bazar dəyəri ötən il 160% artaraq, 170 milyard dollara yaxınlaşıb. Bununla da şirkət Tesla və Toyota çıxılmaqla, qalan bütün avtomobil istehsalçılarından daha dəyərlidir. Batareya istehsalında əsas rəqiblər olan Panasonic və LG Chem-in birgə dəyəri belə CATL-a çata bilmir.
Təkcə bu ilin 1-ci rübündə 12 Giqavatlıq batareya satan şirkətin rəhbəri Robin Zeng-in sərvəti digər Çin nəhəngi Alibaba-nın sahibi Cek Ma ilə eynidir. Rəhbərliyindəki şəxslərdən 9-u Forbesin milyarderlər siyahısında olan CATL bir şirkətdəki rəsmi milyarderlərin sayına görə də dünya rekordçusudur.///marja
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











