Çinin "Süni Günəş"i yeni dünya rekorduna imza atıb

“Süni Günəş” son təcrübəsində 101 saniyə ərzində 120 milyon dərəcə selsi istiliyə çataraq yeni rekorda imza atıb.
Çin Elmlər Akademiyasının (ASIPP) Hefeidəki Plazma Fizikası İnstitutunda yerləşən Tokamak cihazı Günəş və ulduzlar üçün təbii bir şey olan nüvə birləşmə prosesini çoxaltmaq üçün hazırlanmışdır. Təcrübə nüvə sintezi ilə sonsuz enerji təmin etmək üçün aparılır. “Süni Günəş”in bundan öncəki rekordu isə 100 saniyə ərzində 100 milyon dərəcə selsi plazma istiliyi olmuşdur.
Şenjendəki Cənubi Elm və Texnologiya Universitetinin fizika şöbəsinin müdiri Li Miao, Çinli alimlərin son təcrübəsinin istiliyin uzun müddət sabit səviyyədə saxlanılması istiqamətində mühüm bir mərhələ olduğunu söyləyib. Li “Global Times”a verdiyi açıqlamasında “İnkişaf əhəmiyyətli bir irəliləyişdir və son məqsəd istiliyi uzun müddət sabit səviyyədə tutmaqdır”, – deyib.
Alimlərin dediyinə görə Çinin yaratdığı “Süni Günəş” 2035-ci ildə işə başladığı zaman dünyanın ən böyük nüvə sintezi reaktoru olacaqdır. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ birlikdə bu layihə üzərində işləyirlər. Nüvə birləşməsindən istifadə etmək üçün 100 milyon dərəcə selsidən yüksək bir plazma istiliyinə nail olmaq əsas problemlərdən biridir. 2020-ci ildə Koreyanın KSTAR reaktoru 20 saniyə ərzində 100 milyon dərəcə selsidən çox plazma saxlayaraq bir rekorda imza atmışdı. Günəşin nüvəsindəki temperaturun 15 milyon dərəcə selsi olduğuna inanılır. Bu isə “Süni Günəş”in isindiyi temperaturdan təxminən yeddi dəfə kiçikdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











