Çinin texnoloji nəhənglərinin Türkiyəyə axını başlayıb

Çinin texnoloji nəhəngləri bir-birinin ardınca Türkiyəyə axın edərək orada qurğuların buraxılışı üzrə müəssisələr açırlar. Növbəti belə addımı mayda Türkiyədə smartfon istehsalına başlamağı planlaşdıran "TCL" şirkəti atıb. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.
"TCL Mobil" şirkətinin Türkiyə üzrə nümayəndəsi Sərxan Tunkanın sözlərinə görə, söhbət adı açıqlanmayan qlobal tərəfdaşla birgə smartfon istehsalından gedir. İlk ildə yarım milyona yaxın qurğunun buraxılışı nəzərdə tutulur. Gələcəkdə istehsal həcmi genişlənəcək ki, bu da qurğuların digər ölkələrə də ixracına imkan verəcək.
Martda "Xiaomi" şirkəti Türkiyədə "Redmi Note 9C" smartfonlarının buraxılışı üzrə zavod açıb. Çin istehsalçısının biznes tərəfdaşı qismində əsas yerli texnoloji brendlərdən olan "Salcomp" şirkəti çıxış edib.
Bununla yanaşı, "Huawei" şirkəti də Türkiyədə smartfon istehsalına başlamağı düşünür. 2002-ci ildən Türkiyədə fəaliyyət göstərən Çin şirkəti paytaxt Ankarada ilk ofisini açıb. Sonradan İstanbulda "Huawei" nümayəndəliyi fəaliyyətə başlayıb. Bundan əlavə, "Huawei" Tükiyədə iri elmi tədqiqatlar və işləmələr mərkəzinə malikdir. Məhz onun əsasında istehsal müəssisəsinin yaradılması planlaşdırılır. (ted.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











