Çinlilər Böyük Britaniyanın ən iri çip zavodunu alır

Niderlandda qurulmuş, lakin 100% Çinin Wingtech Technology şirkətinə məxsus çip istehsalçısı Nexperia Böyük Britaniyanın ən iri çip zavodunu alır. Marja Britaniya mətbuatına istinadla xəbər verir ki, Cənubi Uelsdə, Newportda yerləşən zavod üçün Çinlilər 63 milyon funt (87 milyon dollar) ödəyəcək.
Bir sıra ingilis siyasətçiləri və iqtisadi ekspertlər hökumətə müraciət edərək, zavodun bazar qiymətindən çox aşağı təklif olunduğunu bildirib və sövdələşməyə icazə verilməməsini xahiş edib. Müqayisə üçün qeyd edək ki, Texas Instruments şirkəti ötən həftə ABŞ-ın Yuta ştatındakı boş Mikron zavoduna bundan təxminən 10 dəfə baha qiymət - 900 milyon dollar təklif edib.
Qiymətin belə ucuz olmasının səbəbi zavodun 40 milyon funta (55,2 milyon dollar) qədər borcu (o cümlədən HSBC bankına 20 milyon funt) olmasıdır. Çin şirkəti bu fürsətdən yararlanıb sövdələşməni rəsmiləşdirə bilsə, hazırda davam edən qlobal çip böhranı fonunda ciddi bazar payı qazanacaq. Xatırladaq ki, ən iri qlobal çip istehsalçıları Tayvanın TSMC, Cənubi Koreyanın Samsung və Çinin SMIC şirkətləridir. ABŞ-da isə bu sahədə Intel liderlik edir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












