Çip istehsalına ən böyük sərmayə qoyuldu

Dünyanın ən böyük mikroçip istehsalçısı “İntel” ABŞ-ın Ohio ştatında 2 yeni çip fabrikinin inşası üçün 20 milyard dollardan çox sərmayə qoyacağını elan etdi.
Lent.az “İntel”ə istinadən bildirilir: “Sözügedən sərmayə inkişaf etmiş yarımkeçiricilərə artan tələbatı qarşılamaq məqsədilə istehsalı çoxaltmağa kömək olacaq.
Yeni istehsal səbəkəsinin inkişaf etdirilməsini dəstəkləmək üçün bölgədə bir qabiliyyət xətti yaradılması və araşdırma proqramlarının artırılması üçün təhsil qurumları ilə ortaqlıqlara da əlavə 100 milyon dollar ayrılacaq.
Layihə Ohio tarixində ən böyük xüsusi sektor sərmayəsidir. İlkin mərhələdə 3 min adama qalıcı məşğulluq təmin edilməsi, istehsal müəssisəsinin inşaatında isə 7 min nəfərin işləməsi nəzərdə tutulur.
Fabriklərin inşası 2022-ci ilin sonu, istehsal isə 2025-ci ildə başlanacaq”.
ABŞ prezidenti Co Bayden (Joe Biden), “İntel” şirkəti idarə heyətinin sədri Pet Gelsinger (Pat Gelsinger), ABŞ Ticarət naziri Cina Raymondo (Gina Raimondo), Ohio senatorları Rob Portman və Şerrod Braunun (Sherrod Brown) iştirakı ilə Ağ Evdə mətbuat konfransı təşkil edilib.
C.Bayden “İntel”in investisiyası ilə bağlı deyib: "Bu, Ohioda ABŞ tarixində çip istehsalına qoyulan ən böyük sərmayədir.
Çiplər gündəlik həyatda az qala bütün cihazların ən mühüm parçası olub. “Covid-19” epidemiyası tədarük çətinliklərinə gətirib çıxardı, çiplərin qiyməti təzyiq altına düşdü.
Çiplər ABŞ-da icad edildi, ancaq bu gün dünyadakı istehsalın 75 faizi Şərqi Asiyadadır. Çin qlobal bazarı əlinə almaq üçün əlindən gələn hər şeyi edir."
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











