Daha təhlükəsiz və səmərəli batareya materialı kəşf edilib

Alimlər bu yaxınlarda elektrik vasitələrindən istifadə tərzimizi dəyişdirə biləcək əsaslı kəşf ediblər. “Chemistry of Materials” jurnalında dərc edilən araşdırmaya görə, yaponiyalı professorlar Kenciro Fucimoto və Akihisa Aymi başda olmaqla, tədqiqatçılar qrupu batareyaları daha təhlükəsiz və uzun ömürlü edə biləcək yeni material tapıblar.
Yeni material maye deyil, bərk maddədir, yəni onunla hazırlanmış batareyalar asanlıqla alovlanmayacaq. Bu materialın həm də enerjini daha çox saxlaması onu elektrik avtomobilləri, məişət elektronikası kimi cihazlar üçün əvəzolunmaz edir.
Piroxlor tipli oksiflüorid kimi tanınan materialın mürəkkəb elmi adı var: Li2-xLa(1+x)/3M2O6F (M ilə Nb və ya Ta). Tədqiqatçılar onun digər batareyaların yavaşladığı soyuq havada belə mükəmməl işlədiyini bildirirlər. (Azərtac)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










