Dördüncü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başlayıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “ABB”nin sponsorluğu ilə 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilib.
Avtosfer.az xəbər verir ki, proqrama televiziya, radio, informasiya agentlikləri, qəzetlər və informasiya portallarından ümumilikdə 29 iştirakçı qatılıb.
28 oktyabr tarixinədək davam edəcək proqramın ilk günündə iştirakçılar üçün “Ənənəvi mediadan rəqəmsal mediaya”, “Kopiraytinq və rəqəmsal jurnalistika” mövzularında təlimlər təşkil olunub. Proqram interaktiv formatda keçirilir, jurnalistləri maraqlandıran suallar cavablandırılır, mövzular ətrafında geniş müzakirələr aparılır.
Növbəti mərhələdə iştirakçılar toplam mükafat fondu 2200 AZN olan yazı müsabiqəsində iştirak edəcəklər. Proqramı uğurla başa vuran bütün iştirakçılar xüsusi sertifikatla təltif olunacaqlar.
Proqramda, həmçinin sosial medianın jurnalistikada istifadəsi, startaplar, qlobal rəqəmsallaşma, ölkəmizdə rəqəmsal hökumətdə trendlər və çağırışlar, elektron hökumət layihələri, süni intellekt, informasiya təhlükəsizliyi, rəqəmsal bankçılıq və s. kimi maraqlı mövzular yer alacaq.
Proqramın ilk iki dalğası 2020-ci ildə vebinar formatında, 3-cü dalğası isə 2021-ci ildə fiziki formatda təşkil edilib. “Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin biliklərini daha da genişləndirməkdir.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












