Dronlar Everest dağında tullantıları təmizləyir

Nepalda dronlar Everest dağını təmiz saxlamaq uğrunda mübarizədə ekoloqların müttəfiqinə çevrilib. “Bloomberg” xəbər verir ki, son alpinizm mövsümündə Çinin DJI şirkətinin dronları təxminən 6000 metr hündürlükdə 280 kiloqramdan çox tullantının yığılmasına kömək edib. Təmizlik prosesi apreldən may ayına qədər aparılıb və bu uçuşlarla təmizlik prosesi saatlar əvəzinə bir neçə dəqiqə çəkib. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, ənənəvi olaraq, dünyanın ən hündür dağının yamaclarını dörd saatlıq enişdə bellərində 20 kiloqrama qədər tullantı daşıyan şerpalar – yerli sakinlər təmizləyir. Yeni texnologiya təmizlik prosesini əhəmiyyətli dərəcədə sadələşdirməyi və sürətləndirməyi vəd edir: dronlara bunun üçün cəmi altı dəqiqə lazımdır. Lakin hələlik yüksək hündürlükdə yerləşən düşərgələrdə havanın seyrəkliyi və gözlənilməz hava şəraiti pilotsuz təyyarələrin istifadəsini məhdudlaşdırır. “Airlift”, həmçinin Nepal səlahiyyətliləri ilə əməkdaşlıq edərək Everestdə öz modellərini sınaqdan keçirir. Layihə genişləndirilə bilsə, bu, ekstremal şəraitdə tullantılardan təmizləmə prosesinə yanaşmanı dəyişə bilər. Qeyd edək ki, tullantılarla mübarizənin qeyri-adi üsullarından başqa ölkələrdə də istifadə olunur. Belə ki, Sidneydə yanvar-mart ayları ərzində həşərat sürfələri 90 ton qida tullantısının emalına kömək edib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











