Dronlara güllə və sursat statusu verildi – Orduda ciddi dəyişiklik

ABŞ Müdafiə Nazirliyi yeni Satınalma siyasətində ciddi dəyişikliklər edib. Avtosfer.az "AzPost"a istinadən bildirir ki, 10 iyul 2025-ci ildə ABŞ Müdafiə Naziri Pete Hegsett ABŞ Ordusunun kiçik dronlara yanaşmasını əsaslı şəkildə dəyişdirən qərar imzalayıb. Yeni yanaşmanın əsas ideyası ondan ibarətdir ki, kiçik dronlara indi rəsmən kartriclər kimi istehlak malları olaraq baxılır.
Bu praktikada nə deməkdir:
– Bürokratiyanın aradan qaldırılması: Dron döyüşdə və ya təlimlər zamanı itirilərsə, komandirlər artıq araşdırma aparmaq, kağız -kuğuz doldurmalı olmayacaqlar. Bu, “bahalı əmlakı itirmək” qorxusunu aradan qaldırır.
– İstifadə azadlığı. Hərbçilər həddindən artıq ehtiyatlılıq və hesabatlara əhəmiyyət vermədən, döyüş sursatlarından sürətli istifadə etdikləri kimi pilotsuz təyyarələri sınaqdan keçirməyə və istifadə etməyə təşviq edilir.
– Sahəni dəyişdirmək.
Qoşunlara öz missiyalarına uyğun olaraq cəbhə xəttində sistemləri dəyişdirməyə, fərdiləşdirməyə və “tənzimləməyə” icazə verilir.
Qərar qəbulu üçün əsas məqamlar
-Sürətli alqı-satqı.
-Kiçik dronların alınması səlahiyyəti hərbi-dəniz donanmasının kapitan səviyyəsində komandirlərinə həvalə edilib. Bu da sistemləri dərhal almağa imkan verir.
-Hər eskadronda PUA-lar: Hər bir ABŞ Ordusu atıcı eskadrilyası 2026-cı maliyyə ilinin sonuna kimi ucuz, operativ pilotsuz uçuş aparatları (məsələn, FPV) ilə təchiz olunmaq məqsədi daşıyır:
-Sənayeyə Dəstək: Yerli istehsalı stimullaşdırmaq üçün kreditlər və avans satınalmaları vasitəsilə ABŞ dron istehsalçılarını birbaşa maliyyələşdirmək üçün ofislər yaradılır.
-Məcburi inteqrasiya. Dronlar 2027-ci ildən başlayaraq bütün əsas hərbi təlimlərin məcburi komponentinə çevriləcək.
Pentaqon etiraf edir ki, həddindən artıq ehtiyatlılıq və ləng bürokratik proseslər ABŞ-ın kiçik pilotsuz təyyarələr sahəsində Çin, Rusiya və İrandan geri qalmasına səbəb olub. Sənəddə deyilir ki, yeni siyasət Amerika istehsalını və əsgərlərinin potensialını üzə çıxarmaq üçün nəzərdə tutulub.
Müdafiə naziri qeyd edib ki, kiçik dronlar yüksək səviyyəli təyyarələrdən daha çox güllələrə bənzəyir. Onlar ucuz, tez dəyişdirilə bilən və tez atılan”sursatlar kateqoriyasına aid edilməlidir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











