Dronların yeni sınağı həyata keçirilib - FOTO

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Elm və Texnologiya Parkı Azərbaycan bazarında nüfuz qazanmış müasir mühəndislik şirkəti olan “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçirib.
YT Parkdan Avtosfer.az-a bildirilib ki, əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır.
AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə ərzində “Project Terra” şirkəti tərəfindən elmi-tədqiqat layihəsi çərçivəsində idarə olunaraq yeni sınaqdan müvəffəqiyyətlə keçib.
“LidarUSA Revolution 120” skaneri ilə ərazi barədə (relyef, yüksəkliklər, dərələr və s.) tam məlumat əldə etmək mümkündür. Bu skaner vasitəsilə böyük ərazilərin, insan üçün əlçatmaz yerlərin məlumatları tez bir zamanda yüksək dəqiqliklə əldə edilir. Toplanmış məlumatlar lazım olan nəticələrin əldə edilməsi (xəritəçəkmə, 3D modellərin hazırlanması, müvafiq obyektlərin lokasiyası və s.) üçün istifadə oluna bilər.
“Project Terra” şirkəti tərəfindən lazer skanerlərdən istifadə edərək müvafiq tikililərin, tarixi abidələrin, küçələrin və s. obyektlərin dəqiq ölçülərinin, ən xırda detalların rəqəmsal formada əks etdirilməsi azad olunmuş ərazilərdə (Şuşa, Ağdam və s.) tətbiq edilib, uğurlu nəticələr əldə olunub.
AMEA Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən istehsal olunan dronlarda bu texnologiyaların tətbiqi isə bu kimi layihələrin daha effektiv və əlverişli olmasına şərait yaradacaq.
Qeyd edək ki, Lidar (işıq və radar cihazı) ultrabənövşəyi şüalardan lazer şüası şəklində işıq impulslarından istifadə edərək məsafə ölçmə və görüntüləmə texnologiyasıdır. Həmçinin elektromaqnit spektrinin görünən və infraqırmızı hissələridir. Bu işıq impulsları ölçmə altında olan obyekt tərəfindən adətən geri səpilmə yolu ilə əks olunur. Lidar sensoru əks olunan işıq impulsun geri qayıtması üçün sərf olunan vaxtı ölçür və beləliklə, obyektlə özü arasında olan məsafəni hesablaya bilir. Bununla da yaydığı həmin impuls nöqtələri əsasında obyektin üçölçülü görüntüsü hazırlanır.
Bu texnologiya vasitəsilə skan olunmuş obyektlərin “Point Cloud” və onlardan 3D modellərinin (digital twin) hazırlanması, istənilən ərazinin avtomobil və ya dron üzərində quraşdırılmış Lidar 3D lazer sensor skaner vasitəsilə mobil şəkildə skan olunması, relyef və yerüstü obyektlər haqqında 3D məlumatların toplanması, dron vasitəsilə ərazinin 3D xəritəsinin çəkilməsi, eləcə də binaların, tarixi abidələrin, zavod və fabriklərin, yolların, ərazilərin və s. yerdən və havadan 3D lazer skaner cihazlar vasitəsilə skan olunaraq məlumatların toplanması mümkündür.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO













