Dünyada bir ilk: Printerlə çap edilən raket orbitə göndərildi - FOTO - VİDEO

Dünyanın ilk 3D çaplı raketi ABŞ-nin Kanaveral burnundan uğurla qalxsa da, orbitə çata bilməyib.
Məlumata görə, pilotsuz “Terran 1”in birinci pilləsi yanacağını qurtardıqdan sonra ayrılıb, ancaq ikinci pillə mühərriki yalnız qısa müddətə alışıb, beləliklə raket orbitə çatmaq üçün kifayət qədər gücə sahib olmayıb.
Raketin sonrakı taleyi barədə məlumat verilmir. Təfərrüat uçuş məlumatlarının təhlilindən sonra açıqlanacaq.
Şirkət özü buraxılışı uğurlu hesab edir. Raket orbitə çatmasa da, 3D çaplı kosmik gəmi uçuşun çətinliyinə tab gətirə biləcəyini sübut edib.
“Relativity Space” şirkəti tərəfindən yüngül peykləri orbitə çatdırmaq üçün nəzərdə tutulmuş innovativ kosmik gəminin uzunluğu 33,5 metr, diametri isə 2,2 metrdir. Eyni zamanda, onun kütləsinin 85 faizi dünyanın ən böyük metal 3D printerlərində çap olunub. İstehsal prosesi 60 gün çəkib. Bu, 3D printerdə çap edilmiş ən böyük obyektdir.
Raket maye oksigen və maye təbii qazla işləyir. Gələcəkdə o, aşağı Yer orbitinə 1250 kiloqrama qədər yük çıxara biləcək. Belə raketlər istehsalda əmək xərclərinin azalması səbəbindən ənənəvi olanlardan nəzərəçarpacaq dərəcədə ucuz olmalıdır.
Çap edilmiş raketi üçüncü cəhddə buraxmaq mümkün olub. İlk buraxılış martın 8-nə planlaşdırılıb lakin yanacağın temperaturu ilə bağlı problemlərə görə son anda təxirə salınıb. Martın 11-də ikinci cəhd yanacağın təzyiqində yaranan problemlər səbəbindən ləğv edilib.
“Relativity Space”in məqsədi 95% 3D çap edilmiş raket yaratmaqdır. Yaxın gələcəkdə 20 ton ağırlığında faydalı yükü aşağı Yer orbitinə çıxarmağa qadir olan daha böyük “Terran R” raketinin yaradılması nəzərdə tutulur.
oxu.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











