Dünyada “DDoS” hücumlarının sayı 341 faiz artıb

2020-ci ildə dünyada “DDoS” hücumlarının sayı 2019-cu illə müqayisədə 341 faiz artıb. Bu barədə belə kiberhücumlarla mübarizə texnologiyalarında ixtisaslaşan “Nexusguard” şirkətinin məlumatında deyilir.
“DdoS” hücumlarında əhəmiyyətli artım insanların internetdən daha çox istifadə etməyə və onlayn oyunlar oynamağa başladığı “COVID-19” koronavirus pandemiyası şəraiti nəticəsində baş verib. Pul əldə etmək məqsədilə hücumları (RDDoS) daha çox praktikadan keçirən cinayətkarlar da məhz bundan istifadə ediblər.
Fırıldaqçılar adətən öz tələblərini irəli sürməzdən əvvəl kiçik hücumlar təşkil edirlər. O, orta hesabla 1 saata yaxın davam edir və cinayətkarların imkanlarının nümayişinə xidmət edir. Bunun ardınca sayt sahibinə gələcəkdə miqyaslı hücumun qarşısını almaq üçün pul ödənilməsi tələbini bildirən məktub göndərilir. Bəzən belə təhdidlər tam yalan olur, lakin onların bəziləri saytın fəaliyyətini bir neçə həftəlik dayandıra bilər.
Kriptovalyutaların artan populyarlığı pul əldə etmək məqsədilə hücumların yayılması problemini gücləndirir. 2021-ci ildə belə hücumların sayının 30 faiz artacağı gözlənilir. Həmçinin ekspertlər tərəfindən kiçik “DDoS” hücumlarına (10 Qbit/saniyə sürətinədək) keçid tendensiyası qeyd olunur – ümumi sayın təxminən 99 faizi onların payına düşəcək. “Nexusguard” nümayəndələrinin sözlərinə görə, səmərəsiz hücumların populyarlığı onların aşkarlanmasının mürəkkəb olması və böyük hücumlarla müqayisədə daha ucuz başa gəlməsi ilə əlaqədardır./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











