Dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

Çilidəki Serro Paçon dağında yerləşən Vera Rubin Rəsədxanasının “Simonyi” teleskopunda dünyanın ən böyük rəqəmsal kamerası olan LSST (“Legacy Survey of Space and Time”) quraşdırılıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, uzaq kainatların ilk görüntülərinin çəkilişinə başlamazdan əvvəl teleskopun sınaqdan keçirilməsinin yekun mərhələsinə başlanılıb.
Kameranın çəkisi 3000 kiloqramdan çoxdur və təsvir ölçüsü 3200 meqapikseldir. Onun teleskopda quraşdırılması dünyanın hər yerindən olan alim və mühəndislərin uzun illər davam edən əməyinin nəticəsi idi.
Vera Rubin Rəsədxanası təkcə nəhəng kamera ilə deyil, həm də 8 metrlik birləşmiş güzgü və 3,5 metrlik ikinci dərəcəli güzgüdən ibarət unikal optik sistemlə təchiz olunub ki, bu da obyektivlərə geniş baxış sahəsində ən zəif və tez dəyişən obyektləri belə çəkməyə imkan verir.
On illik “Legacy Survey of Space and Time” layihəsinin bir hissəsi olaraq sınaqlar tamamlandıqdan sonra yeni kamera cənub səmasını skan etməyə başlayacaq və hər gecə o qədər detallı şəkillər çəkəcək ki, onların nümayişi üçün 400 ultra yüksək dəqiqliyə malik televizordan ibarət divar lazımdır. Bu məlumatlar alimlərə asteroidləri, kometaları, pulsasiya edən ulduzları və digər kosmik hadisələri öyrənməyə imkan verəcək.
Kameranı quraşdırmaq və teleskopda diqqətlə yerləşdirmək üçün komanda xüsusi liftdən istifadə edib.
Bütün teleskop sistemləri yaxın həftələrdə birləşdiriləcək və sınaqdan keçiriləcək. Bundan sonra yeni kamera gecə səmasının ilk təfərrüatlı şəkillərini çəkməyə hazır olacaq və daha sonra ilk dəfə “First Look” tədbirində dünyaya təqdim olunacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











