Dünyanın ən güclü smartfonu təqdim edilib

"Asus" şirkəti "ROG Phone 5" adlı oyun smartfonları seriyasını təqdim edib. Bu barədə "The Verge" nəşri şirkətin materiallarına istinadən məlumat yayıb.
Qurğular 2448х1080 pikselli 6,78 düym diaqonallı "AMOLED" ekranla təchiz edilib. Həmçinin smartfonlar "HDR10 " texnologiyası dəstəyinə malikdir və maksimal 144 giqahers takt tezliyində işləyir. Displey "Corning Gorilla Glass Victus" qoruyucu şüşəsi ilə örtülüb. Qurğular qabaqcıl "Snapdragon 888" prosessoru üzərində qurulub. Arxa panelinə 64, 13 və 5 meqapiksel obyektivli üçlü kamera quraşdırılan smartfonlar 65 vatlıq sürətli enerjidoldurmaya malik 6 min milliamper/saat tutumlu qoşa akkumulyatorla təchiz olunub.
Əsas model – "ROG Phone 5" minimum 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. "ROG Phone 5 Pro" ilkin versiyadan 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaşla fərqlənir. Qabaqcıl qurğu – "ROG Phone 5 Pro Ultimate" dünyanın ən güclü smartfonu hesab edilir: model 18 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Lakin "Asus" şirkətinin qabaqcıl modeli dünya bazarında 18 giqabaytlıq operativ yaddaşa malik yeganə smartfon deyil. Belə ki, martın əvvəlində "ZTE" şirkətinin 18 və 512 giqabaytlıq yaddaşa malik "RedMagic" brendli "RedMagic 6" və "6 Pro" qurğuları buraxılıb.
Qabaqcıl "Asus" modelləri əsas versiyadan arxa paneldə əlavə proqramlaşdırılan "PMOLED" ekranının mövcudluğu ilə fərqlənir. "ROG Phone 5 Pro" rəngli sensor, "ROG Phone 5 Pro Ultimate" isə monoxrom ekranla təchiz edilib.
Beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləyən oyun qurğularının ekranına daktiloskopik sensor quraşdırılıb, "NFC" texnologiyasına və qulaqcıq üçün çıxışa malikdir. İstifadəçinin arzusundan asılı olaraq smartfonların oyunlar zamanı aktiv soyudulması üçün nəzərdə tutulan "AeroActive Cooler 5" xarici ventilyatorunu qoşmaq mümkündür.
"ROG Phone 5" seriyalı qurğuların minimal qiyməti 800 avro təşkil edir. "ROG Phone 5 Pro" və "ROG Phone 5 Pro Ultimate" modellərinin qiyməti müvafiq olaraq 1200 və 1300 avroya bərabərdir. Smartfonların mayda satışa çıxarılması planlaşdırılır./"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











