Dünyanın ən sürətli superkompüteri tam gücü ilə istifadəyə verilib

Yaponiyanın “Riken” Təbii Elmlər İnstitutunun hesablama mərkəzində dünyanın ən sürətli superkompüteri “Fuqaku” tam gücü ilə istifadəyə verilib. Əvvəlcə onu apreldə tam gücü ilə istifadəyə vermək planlaşdırılmışdı, ancaq koronavirusun yayılması ilə əlaqədar təcili araşdırmaların keçirilməsi zərurətinə görə bu prosesi sürətləndirməyə qərar verilib.
"Fuqaku" superkompüteri 2020-ci ilin aprelində qismən istifadəyə verilmişdi. Həmin ilin iyununda “TOP-500” beynəlxalq layihəsinin mütəxəssisləri tərəfindən dünyanın ən sürətli superkompüteri elan edilib. Noyabrda superkompüterin statusu ikinci dəfə təsdiq edilib. "Fuqaku" superkompüteri, həmçinin sənayedə, süni intellekt sahəsində və böyük rəqəmlərin təhlilində ən yaxşı nəticə nümayiş etdirib.
Bu superkompüter “Fujitsu” elektrotexnika korporasiyası tərəfindən “Riken” İnstitutunun mütəxəssisləri ilə birgə hazırlanıb. Saniyədə 415 kvadrilliondan çox əməliyyat yerinə yetirir. Bu, əvvəllər “TOP-500” reytinqində birinci yeri tutmuş ABŞ-ın “Summit” superkompüterinin sürətindən 2,8 dəfə çoxdur.
Hazırda "Fuqaku" superkompüteri 100-dən çox müxtəlif tədqiqatda istifadə ediləcək. Bu, pandemiyanın problemlərindən başqa, süni intellekt və havanın proqnozlaşdırılması sahəsindəki hazırlamaları əhatə edəcək./“ICTnews”
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










