E-TIR informasiya sisteminin tətbiqi təklif olunur

E-TIR informasiya sisteminin tətbiqi və istifadəsinin genişləndirilməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin daşıyıcıları üçün üstünlüklər yaradacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kairat Cumaqulov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.
"Qazaxıstan dünya iqtisadi münasibətlərinin tam hüquqlu iştirakçısı kimi, beynəlxalq təchizat zəncirinin inkişafı, fəaliyyətin şəffaflığı və səmərəliliyinin artırılması üçün aktiv addımlar atır. Coğrafi mövqeyinə görə Qazaxıstan Avropa və Asiyanı birləşdirən tranzit dövlətlərdən biri kimi nəzərdən keçirilir. Dövlətimizin xarici iqtisadi siyasəti beynəlxalq inteqrasiya və qlobal iqtisadi proseslərin sərhədlərinin genişləndirilməsinə yönəlib", -o vurğulayıb.
Onun sözlərinə görə, e-TIR informasiya sisteminin tətbiqi və istifadəsinin genişləndirilməsi Türk Dövlətləri Təşkilatının üzv ölkələri üçün yükdaşımaların sadələşdirilməsi və sürətləndirilməsi üçün vacibdir: "Qazaxıstan Gömrük Xidməti yükdaşımaların rəqəmsallaşdırılması yolu ilə bu yanaşmanı dəstəkləyir. Əminəm ki, bu sistemin milli informasiya sistemlərimizə tətbiqi üzrə birgə səylərimiz daşıyıcılar üçün çoxsaylı üstünlüklər yaradacaq".
K.Cumaqulov deyib ki, ölkəsi gömrük ekspertizası və laboratoriya tədqiqatları sahəsində gömrük xidmətləri arasında qarşılıqlı əlaqələrin qurulması perspektivlərini dəstəkləyir: "Spesifik vacib malların tədqiqi üzrə universal test metodikalarının tətbiqinə vahid yanaşmanın olması TDT ölkələrində gömrük xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək".
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












