Əfsanəvi “Nokia” telefonu yenidən buraxılacaq

"HMD Global" şirkəti əfsanəvi düyməli "Nokia" telefonunun yeni versiyasını buraxacaq. Bu barədə "Mobiltelefon" nəşrinin məlumatında deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, planlaşdırılan qurğu 2003-cü ildə təqdim edilən "Nokia 3650" telefonunun yenilənmiş versiyası olacaq. Telefon şirkətin dizaynlı modelləri sırasına daxildir - qeyri-adi dizayna malikdir. Qurğu aşağı hissəsində dairəvi şəklə salınmış fiziki klaviaturanın yerləşdiyi rəngli ekranla buraxılıb.
Jurnalistlər şirkət tərəfindən yenilənmiş qurğunun orijinal tərtibatının qorunub saxlanacağı və hansı xüsusiyyətlərlə təchiz ediləcəyi barədə məlumata malik deyillər. Mənbələrin məlumatına görə, qiyməti barədə məlumat verilməyən qurğunun nümayişi yaxın həftələr ərzində baş tuta bilər.
Qeyd edək ki, 2003-cü ilin fevralında satışa çıxarılan "Nokia 3650" telefonu 176х208 piksel təsvir ölçülü ekran, videoyazı imkanlı 0,3 meqapikselli əsas kamera, 4 giqabaytlıq quraşdırılmış yaddaş, infraqırmızı port və "Bluetooth" ilə təchiz edilib.
Şirkət bundan əvvəl də klassik "Nokia" telefonlarının yenilənmiş versiyalarını buraxıb. Belə ki, 2020-ci ilin noyabrında "HMD Global" şirkətinin "Nokia 8000 4G" smartfonunu buraxmaq niyyətində olması açıqlanıb. O, mahiyyət etibarilə 2000-ci illərin populyar "Nokia 8800" telefonunun yenilənmiş versiyası olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











