Əfsanəvi “PlayStation Portable” yenidən buraxılacaq

“Sony” şirkəti “PlayStation Portable” (PSP) qurğusunun yeni versiyasını buraxmağı planlaşdırır. Bu barədə “T3” nəşrinin məlumatında deyilir.
Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, korporasiya oyun həvəskarları dairələrində məşhur olan əfsanəvi “PlayStation Portable” qurğusunu təkrar buraxmaqla portativ qurğular bazarına qayıtmaqda maraqlıdır. Rəhbərliyin fikrincə, şirkət bazarın bu seqmentində əsas məhsulu “Switch” hibrid konsolu olan “Nintendo” ilə rəqabət apara bilər – ona qlobal miqyasda tələbat rəqiblər tərəfindən yeni nəsil qurğular buraxıldıqdan sonra da qalır.
Qurğunun beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləməsi səbəbindən onun “PSP 5G” adlanacağı gözlənilir. Konsol oyunun görüntü və digər məlumatlarının məsafəli serverdən translyasiya edildiyi “bulud” oyunları üçün nəzərdə tutulacaq. “5G” dəstəyi məlumatların sürətli ötürülməsini və zəif yubanmanı təmin edəcək.
“Bulud” oyunları oriyentasiyası sayəsində şirkət konsolu qabaqcıl komplekt hissələri ilə təchiz etməyəcək. Bu halda “Sony” komplekt hissələrinə qənaət edəcək. Bundan başqa, kartric və oyunların fiziki surətlərinin istehsalına ehtiyac qalmayacaq. Buna səbəb kimi bütün media məzmununun şəbəkə vasitəsilə translyasiya edilməsi göstərilir.
Blogerlərin fikrincə, yeni “PSP” proqramları retro oyunları və remasterlərdən ibarət olacaq. Həmçinin konsol “PlayStation 4” və “PlayStation 5” qurğularındakı “ААА” başlıqlarını işə sala biləcək. Qurğunun “PlayStation Now” abunəsinə qoşulacağı bildirilir.
Jurnalistlər qeyd edib ki, konsolun buraxılış tarixi açıqlanmır. Lakin Yaponiya şirkətinin “PSP” ilə bağlı ciddi planları var.
“PlayStation Portable” 4,3 düymlük ekran, kontroller və “Universal Media Disc” (UMD) optik toplayıcısı dəstəyinə malik portativ oyun konsoludur. Qurğu 12 dekabr 2004-cü ildə buraxılıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











