Ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başladı - VİDEO

Çinin günəş enerjisi və maye qazla (LNG) işləyən ən iri avtomobildaşıyan gəmisi “Yuan Hai Kou” ilk səfərinə başlayıb.
Avtosfer.az xəbər verir ki, əsas hissəsi elektromobil olmaqla 4 min avtomobilin yükləndiyi gəmi Çinin Quandon əyalətindəki Nanşa limanından yola düşüb.
Uzunluğu 200 metr olan “Yuan Hai Kou” ilk səfərində Aralıq dənizi ölkələrinə, o cümlədən Türkiyə, Yunanıstan, Tunis və İspaniyaya ixrac avtomobillərini çatdıracaq.
Quancou şəhərindəki gəmiqayırma zavodunda COSCO gəmiçilik şirkəti üçün inşa edilən gəminin 7 min standart avtomobil yeri var. “Yuan Hai Kou” tək yanacaqla işləyən gəmilərlə müqayisədə enerjiyə 20 faiz qənaət edir. Bu, COSCO-nun sayca 20-ci avtomobildaşıyan gəmisidir.
Qeyd edək ki, bu günlərdə dünyanın ən böyük avtomobildaşıyan gəmisi olan “Anji Ansheng” də Şanxayda sifarişçiyə təqdim olunub. “SAIC Motor” şirkətinin sifarişi ilə inşa edilən gəminin 9500 standart avtomobil yeri var.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












