Ekran ölçüsü - televizor seçimində fikir verdiyimiz ilk məqam
Televizor alarkən fikir verdiyimiz ilk amil ekran ölçüsüdür. Əlbəttə ki, bir çoxları televizorda quraşdırılmış funksiyaların da əsas xüsusiyyət biri olduğunu söyləyir. Lakin yaxşı düşünsək, mağazada məhz ən böyük televizora yaxınlaşdığımızı yada salarıq. Hətta onu əldə etmək fikrimiz olmasa da, bizi ilk cəlb edən ekranı böyük televizor olur. Biz hər zaman daha çoxunu arzulayırıq, daha böyük ekran, daha dolğun təsvir, daha canlı rənglər və daha çox detal istəyirik.
İstəklərimizi əsas tutaraq Samsung “çərçivəsiz” QLED TV 8K təqdim edir. Beləliklə, cəmi 2 mm eni olan sərhədsiz ekranın ətrafını haşiyəyə alan ultra nazik çərçivə sayəsində, televizorla ətraf mühit arasındakı sərhədlər qeyb olaraq, izləyicinin ekranda baş verənlərin ab-havasına dalmağa imkan yaradır. Sözügedən bu kiçik çərçivələr sayəsində ekranın kənarları daha axarlı olub, immersiv baxış təcrübəsini artırır.
Xüsusi premium dizayn, dekorativ elementlər və üstünlük təşkil edən qara rəng – budur sizlərə əvəzolunmaz baxış təcrübəsi bəxş etmək üçün yaradılmış ideal televizorun düsturu. Belə ki, QLED TV 8K-nın sadə ifadə üslubu sayəsində, heç bir detal sizi sevdiyiniz filmin seyrindən yayındıra bilməyəcək və sizə film izləməkdən zövq almaq qalacaq.
İstənilən halda mükəmməl televizorun əsas göstəricisi, ölçü və icazə arasındakı tarazlıqdır, yəni ekranda təmsil olunan ümumi piksel sayıdır. Beləliklə, diaqonal nə qədər böyükdürsə, ötürülən görüntünün yüksək keyfiyyətini təmin etmək üçün də o qədər çox piksel tələb olunur. Samsung QLED 8K, ən kiçik detalların belə televizor ekranında əks olunmasına imkan yaradan 33 milyon pikselə sahibdir.
Bu səbəbdən yüksək icazəli cihazın geniş diaqonalı, maraqlı məzmun izləməyi və oyun oynamağı yeni bir səviyyəyə qaldırır. Buna misal olaraq, “ağıllı” televizorun siqnal ilə ötürülən təsvirin olduğu icazədə və tərkibdə yayımlama qabiliyyəti sayəsində qonaq otağınızı kinoteatra çevirə bilərsiniz.
QLED 8K həm 4K Ultra-HD Blu-ray-ı, həm də artan yayım xidmətlərinin istifadə etdiyi format siyahısını dəstəkləyir. Beləliklə, xüsusi effektlər indi daha canlı, ekranda baş verənlər isə daha təsirli görünür.
Əlavə olaraq burada Auto Game Mode oyun funksiyası nəzərdə tutulub ki, onun köməyi ilə oyun prosesi daha detallı, axarlı və real olur. Beləliklə, bu funksiya qoşulmuş cihazları avtomatik olaraq təhlil edib, TV parametrlərini müxtəlif oyunların tələblərinə uyğun şəkildə optimallaşdırır.
Televiziya ekranı həm də online dərslər üçün idealdır. Bu mövzu günümüzdə çox aktual olduğu üçün "böyük" ekranın köməyi ilə dərs oxumağın planşetlərdə və smartfonlarda öyrənmə təcrübəsi ilə müqayisədə daha rahat olduğunu əsas tutaraq QLED 8K bu xüsusiyyətinin həm məktəblilərə, həm də tələbələrə olduqca yararlı olmasını demək olar. Belə ki, indi məlumatlarınızı televizora ötürmək və ya cihazları qoşmaq çox asandır - sadəcə smartfonunuzu televizorun "polad" ucuna yaxınlaşdırın. Burada televizorun minimalistik dizaynı ekranın kənarlarını haşiyəyə alan zərif üslublu bəzəklərlə ifadə olunub. Sözügedən çərçivənin səthi paslanmayan poladdan hazırlanıb, belə ki, metalın bütün "möhkəmliyinə" baxmayaraq, televizor korpusunun qalınlığı yalnız bir neçə millimetr təşkil edir.
İncə, 15 mm-lik televizorun konstruksiyası və əsaslı gövdəsi onu asanlıqla divara asmağa və ya xüsusi dayaqda yerləşdirməyə imkan yaradır. Burada yer alan, insan barmağı incəliyində olan kompakt televizor dayağı isə istifadəçilərin fikrini yayındırmadan seyrdən zövq almağa kömək edir və televizoru daim diqqət mərkəzində saxlayır.
Samsung QLED 8K haqqında əlavə məlumatı "Baku Electronics", "Irşad Electronics", "Kontakt Home", Maxi.az, "Soliton" və "Optimal" mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.