Elektron SİM kartla təchiz edilmiş qurğular bazarında 180%-lik artım gözlənilir

2025-ci ilədək elektron SİM kartla (eSIM) təchiz edilmiş qurğuların sayı 3,4 milyarda yaxınlaşacaq. "Juniper Research"ün analitiklərinin proqnozuna görə, bu bazarın həcmi 180% artacaq.
"eSIM" texnologiyası smartfondakı xüsusi çipə bir neçə rabitə operatorunun profilini yükləməyə imkan verir və abunəçi onlar arasında keçid edə bilər. Profili məsafədən yükləmək imkanı fiziki SİM kart satın almaq ehtiyacını aradan qaldırmağa imkan verəcək.
"Juniper Research"ün araşdırmasına görə, 2025-ci ildə "eSIM" qoşulmalarının təxminən 94%-i istehlakçı sektorunun payına düşəcək. Gözləntilərə görə, istehlak qurğularında "eSIM" texnologiyasının tətbiqi "Apple" və "Google" kimi istehsalçıların dəstəyini sürətləndirəcək. Lakin "Juniper Research"ün mütəxəssisləri bildirirlər ki, sözügedən texnologiyanın geniş yayılması şəbəkə operatorlarının dəstəyindən asılı olacaq. (ictnews.az)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












