Elon Musk Marsda ilk şəhərin nə zaman inşa olunacağını açıqlayıb

Twitter-də öz abunəçilərinin suallarına cavab verən zaman SpaceX və Tesla şirkətlərinin CEO-su Elon Musk Mars planetində ilk insan koloniyasının yaradılacağı təqribi zamanı qeyd edib. Bu məqsədin reallaşdırılması yolunda o, raket mühərriklərinin istehsalat tempini yüksəltməyi planlaşdırır. Həmin mühərriklər Mars planetinə yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmilərdə istifadə olunacaqlar.
“İldə təqribi olaraq 800-1000 ədəd raket mühərriki. Bu cür sayda raket mühərriki Marsda avtonom şəhərin inşa edilməsində yardımçı olacaq kosmik donanmanın 10 ilə yaradılmasına kifayət edəcək. Marsda şəhərin inşasına isə 20 il vaxt lazım olacaq. Çox güman ki, 2050-ci ilə kimi çatdıracağıq” - deyə Musk qeyd edib.
Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, SpaceX şirkəti Texas ştatında Raptor mühərriklərinin istehsalı üçün nəzərdə tutulmuş yeni fabrikin istifadəyə verilməsini planlaşdırır. Qeyd etmək lazımdır ki, Raptor mühərrikləri hal hazırda Starship kosmik gəmisinin prototiplərində artıq istifadə olunurlar. Şirkətin planına əsasən gələcəkdə Starship kosmik gəmisi planetlərarası səyahət üçün nəzərdə tutulmuş əsas nəqliyyat vasitəsi olacaq. /techonte
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












