Elon Musk Starship kosmik gəmisinin Marsa nə zaman yollacanağını açıqlayıb

Elon Musk, Mars planetinin fəth edilməsi üzrə planları barəsində yenidən danışıb.
Bu dəfə Twitter-dəki abunəçiləri ilə söhbət zamanı o, SpaceX-in Starship kosmik gəmisinin nə zaman Marsa yollanacağını açıqlayıb. Onun sözlərinə əsasən bu artıq yaxın zamanda baş tutacaq.
Starship-in prototiplərinin müxtəlif hissələrinin testləri davam edir. Son prototipin testi zamanı onun Raptor adlı mühərriki yenidən partlamışdı. Bu isə əlavə testlərin keçirilməsinin vacibliyi deməkdir. Çünki aydındır ki, Starship hələ kosmik missiyaların yerinə yetirilməsi üçün hazır deyil. Görünür, bu cür problemlər Musk-ı heç narahat etmir. Belə ki, o qeyd edib ki, Starship kosmik gəmisi Mars planetinə planlaşdırılandan daha tez eniş edəcək.
Onun sözlərinə əsasən bu, 2030-cu ildən daha tez baş verəcək. Ola bilər ki, Musk-ın bu cür bəyanatı Avropa Kosmik Agentliyinin (ESA) SpaceX ilə bağlı fikirlərinə cavabdır. Belə ki, Avropa Birliyi SpaceX şirkətinin kosmik uçuşların qiymətlərini nə dərəcədə aşağı endirdiyindən narahatdır. Bundan əlavə olaraq 2022-ci ildə avropalı istehsalçılar tərəfindən yeni növ raketlər istifadəyə veriləcək və çox güman ki, həmin raketlər SpaceX-in təklif etdiyi variantlar ilə rəqabət apara bilməyəcəklər. Musk-ın sözlərinə əsasən yalnız sürətli şəkildə dəfələrlə istifadəyə yararlı raketlər aerokosmik sahədə rəqabət apara biləcəklər. Bununla yanaşı Musk əmindir ki, artıq bu il Starship Yer kürəsinin orbitinə, 2023-cü ildə isə Aya uça biləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











