Elon Musk Tesla Bot adlı robotu anons edib

Elon Musk, Tesla AI Day adlı tədbir çərçivəsində çıxışı zamanı bildirib ki, şirkət Tesla Bot adlı robot üzərində çalışır. Onun prototipinin 2022-ci ildə təqdim olunması planlaşdırılır. İnsana bənzəyən Tesla Bot robotu neyroşəbəkələr və Dojo adlı superkompüter vasitəsilə müxtəlif işləri yerinə yetirəcək. Robotun öz konstruksiyası isə Tesla elektromobillərində istifadə olunan sensorlar və çiplərdən ibarət olacaq. Robotun hündürlüyü təqribi olaraq 173 sm, çəkisi isə 57 kq təşkil edəcək. O, saatda 8 km sürətlə hərəkət edə və 20 kq ağırlığında yükləri qaldıra biləcək. “Bizim avtomobillər ilə nə etdiyimizi nəzərə alsaq, hesab etmək olar ki, Tesla dünyanın ən böyük robototexnika şirkətidir. Belə ki, bizim avtomobillərimiz təkərlər üzərində olan yarı şüurlu robotlar kimidirlər” - deyə Musk bildirib. Musk qeyd edib ki, Tesla Bot-un əsas məqsədi insanlar üçün sıxıcı olan rutin işləri yerinə yetirməkdir.///technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO












