Ən az şüa yayan telefonlar - SİYAHI

Gündəlik həyatımızda demək olar ki, hər şey üçün smartfonlardan istifadə edirik. Mobil qurğular vasitəsilə internetdən istifadənin rahat olması aktivliyi artıran əsas səbəblərdən biridir. Lakin mobil qurğulardan daha çox istifadə insanların həyatını yüngülləşdirdiyi kimi onların sağlamlığına da zərər vurur. Mobil telefondan çox istifadə elektromaqnit şüallanmasının təsirini də artırır.
Sfera.az bildirir ki, buna görə də telefon seçən zaman onun SAR (Specific Absoration Rate) göstəricinə diqqət yetirmək lazımdır. SAR dəyəri telefonun orqanizmə ötürdüyü şüaların miqdarını göstərir. Dəyər böyüdükcə telefonun yaydığı şüaların orqanizmə vurduğu zərər artır və sağlamlıqda böyük problemlər yaranır. Elm adamlarının rəyinə əsasən SAR dəyərinin 1 W/kg və bundan az olması önəmlidir.
Yeni araşdırma nəticəsində məlum olub ki, smartfonlardan yayılan şüalar xərçəngli ürək şişləri kimi bəzi xəstəliklərə səbəb olur. Bundan əlavə, DNT zədələnməsinə də səbəb ola bilir.
Bəs, hansı mobil telefonlarda şüalanma azdır?
Türkiyədə aparılan bir araşdırmaya əsasən həmin telefon modelləri aşağıdakılardır:
- Poco M3
- Samsung Galaxy
- Oppo A73
- Apple iPhone 13 Pro
- General Mobile GM 20 PRO
- Realme 6
- General Mobile GM 20
- Xiaomi Redmi 9C
- Xiaomi Redmi 9T
Yuxarıda sadalanan cihazlar şüalanma dərəcəsi baxımından daha məqbuldur. Amma ümumilikdə deyə bilərik ki, smartfonlar yüksək şüalanma dərəcəsinə malikdir. Bu, uzun müddət mobil telefonlarından istifadə etdiyiniz zaman başınızın ağrımasının vacib səbəblərindən biridir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











