Ən balaca uçan robot hazırlandı

Robototexnikanın miniatürləşdirilməsı texnoloji inkişafla məhdudlaşır. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, avtonom robot enerji mənbəyi, idarəedici elektronika və hərəkətverici mexanizmlərlə təchiz olunmalıdır ki, bunlar da birlikdə onun çəkisini və ölçülərini müəyyənləşdirir. Uçan platformalar halında isə bu məsələ qat-qat çətinləşir. ABŞ-dan olan alimlər bu problemin həllini tapıblar. Onlar enerji və idarəetmə sistemlərini platformanın xaricinə çıxararaq dünyanın ən kiçik sərbəst uça bilən robotunu yaradıblar. Gələcəkdə belə miniatür robotlar bitkilərin tozlandırılması üçün həşəratların yerini tuta və ya iri platformaların çata bilmədikləri çətin yerlərdə yoxlamalar apara bilərlər.
Kaliforniya Universitetinin Berkli kampusundan olan alimlərin bu barədə Science Advances jurnalında yayımlanan tədqiqatı bu istiqamətdə atılmış ilk addım olub. Uçan robotdan mühərrikləri, enerji mənbələrini, akkumulyatorları və idarəedici elektronikaları çıxarmaq ideyası diametri 9.4 mm və çəkisi 21 mq olan balaca qurğunun yaradılmasına səbəb olub. Bu, ulduz və ya hiroskopa bənzər çıxıntısı olan kiçik bir propellerdir.
Qurğunun yuxarı hissəsində qalınlığı 0.5 mm və diametri 1 mm olan iki daimi maqnit yerləşdirilib. Xarici elektromaqnit sahəsinin təsiri maqnitlərin müəyyən tezliklə və düzgün istiqamətdə fırlanmasına səbəb olur. Bu fırlanma qaldırıcı qüvvə yaradır və ona uzaq məsafədən nəzarət etmək mümkündür.
Arıya bənzər ölçüdə olan bu robot havaya qalxa, havada sabit qala və bütün istiqamətlərdə hərəkət edə bilir - laboratoriya masasının səthinə heç bir fiziki bağlantısı olmadan. Robotun uçuşun sabitləşdirilməsi və məkan daxilində yönləndirilməsi üçün sensorlarla təchiz edilməsi onun idarəolunmasını artıracaq və gələcəkdə praktiki istifadəyə imkan verəcək. Hətta bu gün belə, müəyyən dəqiqliklə bu mümkündür.
İş sahəsinin kənarlarında yerləşdirilmiş güclü elektromaqnitlər bu cür robotların müəyyən hündürlükdə və istənilən istiqamətdə hərəkət etmələrini təmin edə bilər. Lakin alimlər hələ də real praktik dəyərə malik robotlaşdırılmış həşəratların yaradılması yolunun başlanğıcındadırlar. Bu yol hələ qabaqdadır - və asan olmayacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











