Ən böyük qanadlı təyyarənin sınaq uçuşu keçirilib - VİDEO

Texnologiya 3 May 2021 22:57 Oxunub 2938
Ən böyük qanadlı təyyarənin sınaq uçuşu keçirilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-ın "Stratolaunch" şirkəti ən böyük qanada malik "Roc" adlı nəhəng təyyarənin uğurlu sınağını keçirib. Təyyarə Mohave hava limanı üzərində bir neçə manevr etdikdən sonra uğurla yerə enib.

"Stratolaunch" əvvəlcə təyyarəni gücləndirilmiş mərkəzi qanad üzərində raket və peyklər buraxmaq üçün nəzərdə tutulan və aşağı yerətrafı orbitə çıxarmaq üçün hazırlanmış göyərtə sistemi olaraq təqdim etsə də, hazırda "Roc" çoxdəfəli hipersəsli aparatlar daşıyıcısına çevrilib. Profil dəyişikliyinə baxmayaraq "Roc" 117 metr qanad uzunluğu ilə əsl nəhəng təyyarə olaraq qalır.

Yaradıcıların fikrincə, təyyarə gələcəkdə yeni nəsil aviasiya texnikası üçün sınaq stendi kimi istifadə ediləcək. O, "Boeing 747" təyyarəsində olduğu kimi, altı mühərrik və 28 təkərlə təchiz edilib. Təyyarə uçuş proqramını yerinə yetirib və test enişi üçün dövrə vurduqdan sonra Mohave səhrasında nəzərdə turulmuş zolağa enib.///“ICTnews”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh