Ən güclü “iPhone” smartfonları açıqlanıb

Qabaqcıl "iPhone 12 Pro Max" smartfonu "Apple" şirkətinin ən güclü qurğular reytinqində altıncı yeri tutub. Qurğuların tam siyahısı "AnTuTu" saytında dərc olunub.
2021-ci ilin martı üçün məhsuldarlıq testinin nəticələrinə görə, ən güclü "Apple" mobil qurğuları reytinqinin birinci pilləsində 12,9 düymlük üçüncü nəsil "iPad Pro" planşeti qərarlaşıb. "Apple A12X Bionic" prosessoru, 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırlmış yaddaşla təchiz edilən planşet 727 min bal toplayıb. İkinci və üçüncü mövqelərdə "iPad Pro" planşetinin müvafiq olaraq 4717 və 712 min xal qazanan 12,9 və 11 düymlük versiyaları yer alıb.
ABŞ brendinin 5 ən yaxşı mobil qurğular siyahısını planşetlər tutub - ilk beşliyə həmçinin 11 düymlük üçüncü nəsil "iPad Pro" və dördüncü nəsil "iPad Air" daxil olub. Reytinq tərtibatçıları tərəfindən ən güclü smartfon "iPhone 12 Pro Max" seçilib. Model aktual "Apple A14 Bionic" çipinə, 6 giqbaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir.
Mütəxəssislər qeyd edib ki, yeddinci pilləyə gözlənilmədən "iPhone 12 mini" - aktual seriyada ən ucuz "Apple" smartfonu yüksəlib. İlk onluğu "iPhone 12", "iPhone 12 Pro" və "iPhone 11 Pro Max" modelləri tamamlayıb.
Hesabatda vurğulanır ki, sonucu yeri tutan "iPhone 11 Pro Max" 600 mindən az bal toplayan yeganə qurğu olub. Lakin bütün aktual "Apple" qurğuları arasında məhsuldarlıq fərqi cüzi olduğundan istifadəçilər üçün nəzərə çarpmayacaq. (ictnews.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











