Ən kiçik oyun noutbuku təqdim edilib

"Razer" şirkəti qabaqcıl "AMD Ryzen 9 5900HX" prosessoru əsasında yeni "Blade 14" noutbukunu nümayiş etdirib. Bu, "Razer Blade" seriyasında "AMD" çipli ilk modeldir.
Yeni 14 düymlük noutbuk 165 giqahers yeniləmə tezlikli "QHD" (2560x1440 piksel) və ya 144 giqahers yeniləmə tezlikli "FHD" (1920x1080 piksel) panellə təchiz edilib. Birinci variantda "NVIDIA GeForce RTX 3080" (və ya 3070), ikincidə "GeForce RTX 3060" qrafik sürətləndiricisindən istifadə edilib. Hər iki displey müvafiq olaraq "DCI-P3" və "sRGB" rəng məkanını 100 faiz əhatə edən "IPS" matrisası ilə təchiz edilib. Proqram təminatında 6 giqabaytlıq "DDR4-3200" operativ yaddaşı ilə yanaşı, 1 terabayt tutumlu "SSD" toplayıcısı, eləcə də "Wi-Fi 6E (802.11ax) və "Bluetooth 5.2" simsiz rabitə modulları nəzərdə tutulub.
"Razer" nümayəndələrinin sözlərinə görə, yeni "Blade" noutbuku 319,7x220x16,8 ölçülü və 1,78 kiloqram çəkili 14 düymlük ən nazik oyun noutbukudur.
Yeni qurğu, həmçinin 720p təsvir ölçülü veb-kamera ilə təchiz olunub ki, buna da digər oyun noutbuklarında rast gəlmək mümkün deyil.
Qeyd edək ki, internetdə keçirilən sorğuların nəticələrinə görə, "Intel" prosessorları əsasında "Razer" portativ kompüterləri daim ən yaxşı oyun noutbukları siyahılarında yer alır./"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











