Ən məşhur Avropa təyyarəsinin adındakı “neo” suffiksi nə deməkdir?

Ən populyar Avropa təyyarəsi “A320” adlanır və “Airbus” şirkəti tərəfindən istehsal olunur. Təyyarənin yeni modifikasiyası isə “A320neo” adlandırılıb. Bu üç hərfli suffiks nə deməkdir və məşhur “Matriks” filmlər seriyasının baş qəhrəmanının adı ilə əlaqəsi varmı?
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, əslində “A320neo” təyyarəsinin adındakı “neo” suffiksi ingilis dilindən tərcümədə yeni mühərrik variantı (NEO - New Engine Option) deməkdir. Bu adın “Matriks” filminin qəhrəmanı ilə heç bir əlaqəsi yoxdur.
“A320neo” ilə “A320” təyyarəsinin əvvəlki versiyası arasındakı əsas fərq yanacaq istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yeni güc qurğusunun olmasıdır.
Köhnə və yeni modeli ayırd etməyi asanlaşdırmaq üçün “Airbus” şirkəti təyyarənin əvvəlki versiyasının adını dəyişdirərək “A320ceo” qoyub, “CEO” ingilis dilindən tərcümədə cari mühərrik variantı (Current Engine Option) deməkdir.
Bundan sonra bu fərqləndirmə sayəsində sərnişinlər aviabilet alarkən cədvəldə “A320neo” və ya “A320ceo” təyyarəsini gördükdə dərhal hansı nəsil təyyarə ilə uçacaqlarından xəbərdar olacaqlar.
XİN-in qarşısındakı velozolaqla parkinqin yanaşı olması həqiqətən dünyada görülməyib? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











