Reklam

Ən məşhur smartfon brendləri - SİYAHI

Texnologiya 19 Dekabr 2021 20:46 Oxunub 2028
Ən məşhur smartfon brendləri - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Canalys” şirkətinin analitikləri dünyanın ən populyar smartfonlarının siyahısını tərtib ediblər.

Gözlənilənlərin əksinə olaraq birinci yeri “Apple” və hətta “Xiaomi” tutmayıb. Hesablama sistemində liderlik göndərilən məhsulların həcminə görə müəyyən edilib. Cənubi Koreya və “Samsung” brendi qalib olub.
Dünya statistikasına görə, “Samsung” ötən rübün ən populyar smartfonu seçilib.

Şirkət 69,4 milyon qadjet həcmində tədarük edilən məhsulların həcminə görə reytinqdə birinci yerə layiq görülüb.

Doğrudur, bu, ötən ildəkindən 13 faiz azdır. Lakin buna baxmayaraq, Cənubi Koreya brendi ilin lideri olaraq qalır və mobil rabitə vasitələri bazarının 21 faizini tutur.

İkinci yerdə 49,2 milyon tədarük edilən modellə “Apple”dir.
Bu halda hər şey əksinədir - göndərişlərin 14 faiz artması müşahidə olunur, lakin şirkət birinci yerə nail olmayıb.

Üçüncü yerdə Çinin “Xiaomi” brendidir (44 milyon). Bu brendin məhsullarının tədarükü ötən illə müqayisədə 7 faiz azalıb, lakin şirkət bazarda 14 faizə bərabər pay saxlayır.

Dördüncü və beşinci yerləri müvafiq olaraq Çinin “Oppo” və “Vivo” qadjetlərinə verilib.

Aparatların göndərilmə həcmi hər model üzrə 11 faizə çatıb.///lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh