Ən populyar “iPhone” smartfonu məlum olub

2019-cu ildə təqdim edilmiş “iPhone 11” cihazı “Apple”ın ən populyar smartfonu olub. Bu barədə “Consumer Intelligence Research Partners” (CIRP) agentliyinin hesabatına istinadən “PhoneArena” nəşri məlumat verib.
“CIRP” agentliyi ABŞ-da 2021-ci ilin mart ayına olan satışların həcmi üzrə məlumatları təqdim edib. Hesabata görə, “Apple”ın aktual smartfonlarından heç biri satış həcminə görə birinci yeri tutmayıb. Əvəzində “iPhone 11” cihazı liderliyə yüksəlib. Satışların təxminən 24%-i bu modelin payına düşüb. Yeni “iPhone 12” seriyasının bütün smartfonlarının bazar payı təxminən 64%-dir.
Reytinqdə növbəti yerləri hər birinin satış həcmi təxminən 20% olan “iPhone 12” və “12 Pro Max” cihazları tutublar. Satış həcmi təxminən 15% olan “iPhone 12 Pro” sonrakı yeri tutub.
Agentliyin aktual hesabatı “iPhone 12 mini” cihazının uğursuzluğunu təsdiq etmiş oldu, hələ ilin əvvəlində sözügedən qurğunun satış həcminin zəif olması məlum idi. Alıcıların 5%-dən aşağı hissəsi “Apple”ın ən ucuz smartfonunu satın alıblar.///“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











