Ən ucuz “Nokia” telefonunun qiyməti açıqlanıb

"HMD Global" şirkəti "4G" dəstəkli ən ucuz "Nokia" telefonlarını təqdim edib. Bu barədə şirkətin saytında deyilir.
Brendin düyməli telefonlar seriyasına "Nokia 105 4G" və "Nokia 110 4G" modelləri əlavə olunub. Nisbətən ucuz "Nokia 105 4G" modeli plastik korpus, 120x160 pikselli 1,8 düymlük rəngli "TFT" ekran, 48 meqabaytlıq quraşdırılmış yaddaş, dinamik və FM radio ilə təchiz edilib. Qurğu 1020 milliamper/saat tutumlu çıxarılabilən akkumulyatora malikdir. Gözləmə rejimində maksimal işləmə vaxtı 18 sutka təşkil edir.
"Nokia 110 4G" əvvəlki qurğudan 32 giqabayt tutumlu yaddaş kartı dəstəyi, simli qulaqcıqlar üçün 3,5 millimetrlik çıxışın və təsvir ölçüsü açıqlanmayan tək kameranın mövcudluğu ilə seçilir. Saytda, həmçinin telefonların qiyməti açıqlanıb: "Nokia 105 4G" modelinin qiyməti 37 dollar, "Nokia 110 4G" telefonunun 41 dollar təşkil edir.
Yayın əvvəlində "HMD Global" şirkəti seriyada ən ucuz "C01 Plus" smartfonunu təqdim edib. Qurğu 1440х720 pikselli 5,45 düymlük "IPS" ekran, simli qulaqcıq üçün 3,5 millimetrlik çıxış, "Wi-Fi" və "Bluetooth 4.1", FM radio dəstəyi ilə təchiz olunub. "Nokia C01 Plus" telefonunun qiyməti 90 dollara bərabərdir./"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











