Ən yaxşı ucuz smartfonlar açıqlanıb

“Samsung”, “Apple”, “OnePlus” və digər brendlərin smartfonları alışı tövsiyə edilən qurğular siyahısına daxil edilib. Bu barədə “International Data Corporation” (IDC) konsaltinq şirkətinin tədqiqatında deyilir.
Şirkət mütəxəssisləri tərəfindən qiyməti 270-400 dollar arasında dəyişən yeddi ən yaxşı ucuz smartfon seçilib. Tədqiqat müəllifləri 2021-ci ilin əvvəlində qurğuların qiymətinin 363 dollaradək artdığı orta qiymət kateqoriyasına istinad ediblər. Nəticədə ekspertlər dəyərinə görə yüksək xüsusiyyətlərə malik ucuz smartfonları sadalayıblar.
Reytinqdə “Samsung Galaxy A32” yer alıb – smartfonun 128 giqabaytlıq quraşdırılmış versiyası bazarda 300 dollar dəyərində qiymətləndirilib. Ekspertlər tərəfindən 90 giqaherslik yeniləmə tezliyini dəstəkləyən keyfiyyətli və böyük ekran vurğulanıb. Həmçinin siyahıya yüksək məhsuldarlıq, böyük yaddaş tutumu, dörd obyektivli kameraya görə 285 dollar dəyərində qiymətləndirilən “Xiaomi Poco X3” daxildir.
315 dollara təklif edilən “Oppo Reno 4 Lite” analitiklər tərəfindən ucuz “Mediatek Helio P95” prosessoru istisna olmaqla qabaqcıl smartfon adlandırılıb. “Realme 7 Pro” tədqiqatda ən sürəli enerjidoldurmaya malik qurğu kimi qeyd olunub – onun batareyası 100 faizlik enerjini 34 dəqiqəyə toplayır. “OnePlus Nord” modeli texniki xüsusiyyətlərinə görə qabaqcıl modellərdən cüzi fərqlənən keyfiyyətli və ucuz qurğu kimi göstərilib.
Qiyməti 328 dollara bərabər “Honor 30S” beşinci nəsil mobil rabitə dəstəyi, 6 giqabaytlıq operativ yaddaş tutumunun mövcudluğu, “NFC”, dörd sensora malik kameralara görə qeyd olunub. Siyahıya, həmçinin “iPhone 8” smartfonu daxildir. Ekspertlər tərəfindən 2017-ci ilin smartfonu keyfiyyət və ucuzluq baxımından sadalanıb./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











