Ermənilərin Azərbaycan dəmir yollarında törətdiyi QATAR TERRORLARI - 30

Ermənilər Azərbaycan ərazisində o qədər terror hadisələri törədib, o qədər günahsız qanlar töküb ki, az qala hər təqvim günümüz bir terror hadisəsini xatırladır. Onlar sərnişin təyyarələrimizi, avtomobillərimizi, dəniz nəqliyyatını hədəf alıb yüzlərlə insanın ölmünə bais olub. Erməni terrorundan dəmir yollarımızda “nəsib”ini alıb.
Məsələn, 2 iyun 1993-cü il Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəydi. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etdi. İstintaq zamanı sübuta yetirildi ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdilər.
Həmin terror əməllərindən biri 30 il əvvəl Kislovodsk-Bakı qatarında baş verdi.
Adalet.az xəbər verir ki, ermənilər 1994-cü il fevralın 1-də həmin qatarda dinc soydaşlarımıza qarşı növbəti terror aktı törədiblər.
Güclü partlayışda 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd edək ki, bu son deyil, 13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. (adalet.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










