Ətraf mühitə daha çox hansı zərər verir? - Elektromobillər yoxsa adi avtomobillər

Elektrikli mühərrikə sahib avtomobillər hər il məşhurlaşmağa davam edirlər. Lakin mütəxəssislər bu texnologiyanın həqiqətən də ətraf mühit üçün təmiz olub-olmadığını dəqiq söyləməkdə çətinlik çəkirlər.
Bu suala bu dəfə Transport & Environment federasiyasının analitikləri cavab veriblər. Onlar sübut ediblər ki, daxili yanacaq mühərrikli avtomobillərdən fərqli olaraq elektromobillər təbiətə daha az zərər vururlar. Analitiklərin sözlərinə əsasən elektromobillərin yüksək ekoloji özəlliklərə sahib olduqlarına dair sübutlardan biri də istifadə olunan xammal miqdarı ola bilər.
Məsələn, bir elektromobilin batareyaları öz fəaliyyət dövrü ərzində 30 kq metaldan istifadə edirlər. Adi orta statistik avtomobil isə öz fəaliyyət dövrü çərçivəsində 17.000 litr benzin yandırır. Bu nəticələri real həyatdakı obyektlərlə müqayisə etdikdə görmək olar ki, elektromobil batareyaları bu halda futbol topunu, adi avtomobil isə 25 mərtəbə hündürlüyündə və neft çəlləklərindən ibarət olan qülləni xatırladacaq. Onu da qeyd etmək lazımdır ki, bu iki texnologiya arasındakı fərq getdikcə daha da artır. Belə ki, texnologiyalar günü-gündən inkişaf edirlər. Elektromobillər ətraf mühit üçün daha da təhlükəsiz olacaqlar. Lakin daxili yanacaq mühərrikləri artıq öz inkişaflarının pik nöqtələrinə çatıblar./technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











