Evdə “Wi-Fi”ın sürətini artırmağın üsulu açıqlandı

@top.comp ləqəbli rusiyalı bloqer evdə “Wi-Fi”-ın sürətini artırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün marşrutlaşdırıcı (router) parametrlərində kanal dəyişdirilməlidir.
Video müəllifi marşrutlaşdırıcının işini qonşunun “Wi-Fi”nın ləngidə biləcəyini deyib.
“Başqa mənzillərdə olan cihazların mane olmaması üçün, brauzerdə xüsusi ünvana daxil olaraq marşrutlaşdırıcının parametrləri açılmalı (bu hər cihazda özünəməxsus ola bilər), daha sonra, “simsiz rejim” bölməsində kanal parametrləri dəyişdirilməlidir. Qonşunuz 1-dən 9-a qədər kanal istifadə edə bilər; açılan siyahıya baxırıq və 10, 11, yaxud da 12-ni seçirik. Beləliklə, marşrutlaşdırıcımız qonşularımızın marşrutlandırıcılarından fərqli kanallardan istifadə edəcək”, - deyə bloqer izah edib və bunun sayəsində “Wi-Fi”ın daha sürətli işləyəcəyini bildirib.
O vurğulayıb ki, bundan sonra dəyişikliklər yadda saxlanılmalı, ardınca marşrutlaşdırıcının işi yenidən başladılmalıdır.
@top.comp həmçinin marşrutlaşdırıcını pəncərələrin və qapıların yanına qoymamağı tövsiyə edib, çünki qonşu cihazlar ən çox həmin yerlərdə nasazlıqlar yaradır.
Qeyd edək ki, Rusiyada Q.V.Plexanov adına RİU-nun İnformatika kafedrasının dosenti Aleksandr Timofeyev də evdə interneti sürətləndirmək üçün boş kanala keçməyi tövsiyə edir. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq müasir cihazların optimal kanalı seçmək üçün “avtomatik” funksiyası var.
“Köhnə marşrutlaşdırıcılarda bu rejim olmadığı halda, “Wi-Fi” analizatorunun problemin öhdəsindən gəlməyə kömək edəcək və hansı kanalların qonşu kanallarla üst-üstə düşdüyünü öyrənməyə imkan verəcək”, - deyə ekspert bildirib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











