Əvvəl toster, indi də smartfon
Yaponiyanın toster istehsalı ilə məşğul olan «Balmuda» şirkəti smartfon bazarına çıxmaq niyyətindədir.
Hazırda şirkət 5G telefonunun buraxılmasına hazırlaşır, hələlik yeni smartfon barədə məlumat verilmir, bircə məlumdur ki, onun satışlarına 2021-ci ilin noyabrında başlanacaq.
«Məişət texnikası istehsalı biznesində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, Balmuda üçün yeni olan sürprizləri təqdim etmək istəyirik. Bu – sürətlə inkişaf edən smartfon bazarına aiddir»-deyə şirkət bildirir.
«Balmuda» smartfonları «Kyocera» şirkətinin dəstəyi ilə istehsal olunacaq. Smartfonlar ilk mərhələdə Yaponiyanın özündə «SoftBank» operatoru vasitəsilə satılacaq.
«Balmuda» məişət texnikası – lampalar, hava nəmləndiriciləri, dinamiklər və başqa qurğular istehsal edir. Onun ən populyar məhsulu toster olub – 5 il əvvəl bu qurğu Yaponiyada çox məşhur oldu, alıcılar onu əldə etmək üçün 5 ay gözləyirdilər.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












