“Facebook” istifadəçilərinə 725 milyon ödəyəcək

"Facebook" istifadəçilərə məlumatların oğurlanmasına görə 725 milyon dollar təzminat ödəməyə razılaşıb.
Şirkət buna baxmayaraq hər hansı qanun pozuntusunu inkar edir.
Məlumata görə, sosial şəbəkə istifadəçilərinin şikayət ərizəsi yazmaq üçün üçün dörd ay vaxtı var. Son tarix 2023-cü il avqustun 25-dir. Ərizələr onlayn və ya poçtla təqdim edilə bilər. Bildirilir ki, 100 milyondan çox istifadəçi şikayət üçün müraciət etmə haqqına malikdir. Bunlar əsasən 2007-ci il mayın 24-ü və 2022-ci il dekabrın 22-si arasında Amerikada yaşayan istifadəçilərdir.
Bu məsələyə səbəb “Facebook”un istifadəçilərin şəxsi məlumatlarının üçüncü tərəflərlə, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı il prezidentlik kampaniyasını dəstəkləyən konsaltinq şirkəti “Cambridge Analytica” ilə paylaşılmasına icazə verməsi ilə bağlı iddialardan irəli gəlir.
Şirkət 87 milyon Facebook istifadəçisindən məlumat toplayıb.
“Meta” şirkəti 725 milyon dollarlıq təzminatı ödəməyə razılaşsa da, hər hansı qanun pozuntusunu rədd edir.
“Facebook” artıq platformadakı mesajlar vasitəsilə təzminat üçün müraciət edə biləcək istifadəçiləri xəbərdar etməyə başlayıb.
“Biz razılığa gəldik, çünki bu, icmamızın və səhmdarların maraqlarına cavab verir. Son üç il ərzində biz məxfiliklə bağlı yeni addımlar atdıq və hərtərəfli gizlilik parametrlərini təqdim etdik. Biz insanların sevdiyi və güvəndiyi xidmətlərin yaradılmasını davam etdirəcəyik”, - şikayət nümayəndəsi bildirib.
İş üzrə yekun məhkəmə prosesi sentyabrın 7-nə təyin edilib. İstifadəçilərə ödənişlər yalnız bu məhkəmə başa çatdıqdan sonra həyata keçiriləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











