“Facebook” istifadəçilərinə kiberhücum haqqında xəbərdarlıq edilib

“Facebook” sosial şəbəkəsinə məxsus messencerin istifadəçiləri genişmiqyaslı fırıldaqçı sxemin qurbanı ola bilərdilər. Bu barədə “Group-IB” beynəlxalq şirkətinin mütəxəssisləri xəbərdarlıq ediblər.
Dünyada “Facebook Messenger” istifadəçilərinin sayı 1,3 milyardı ötür, sosial şəbəkə istifadəçilərinin sayı isə 2,7 milyarda bərabərdir. Məlumatda deyilir ki, mütəxəssislər ilk dəfə 2020-ci ilin yayında fırıldaqçı sxemi aşkar ediblər, o vaxt hakerlər tərəfindən mövcud olmayan “Facebook Messenger” yeniləməsinin yüklənməsi üçün linklər paylaşılmışdı.
"2021-ci ilin aprelində “Facebook” sosial şəbəkəsində messencerin “son yeniləmə”sini quraşdırmağı təklif edən saxta postların sayı 5700-ə yaxınlaşıb. Dünyanın 84 ölkəsindən olan istifadəçilər bu hücuma məruz qalıblar" – şirkətin mətbuat xidmətindən bildirilib.
Fırıldaqçılar mesajların paylaşıldığı hesablarda oxşar adlardan istifadə ediblər: “Messanger”, “Meseenger”, “Masssengar”, avatar yerinə proqramın rəsmi ikonkasını yükləyiblər. Reklam mesajlarında messencerin yeni funksiyaları, həmçinin saxta funksiyalar (məsələn, mövcud olmayan “Gold” versiyanı yükləmək) haqqında məlumat verilib.
Mesajda yerləşdirilmiş linkə keçid edən istifadəçilər avtorizasiya üçün saxta formadan ibarət fişinq sayta daxil olurdular. Nəticədə qurban öz hesabına girişdən məhrum olmaqla yanaşı, həmçinin öz şəxsi məlumatlarını – telefon nömrəsi və elektron poçtunu itirməklə üzləşirdi. Hakerlər həmin məlumatları spam göndərilməsi üçün istifadə edə, yaxud haker forumlarında sata bilərlər.
“Group-IB” şirkəti belə halların qarşısını almaq üçün istifadəçilərə proqramları və yeniləmələri yalnız rəsmi mağazalardan yükləməyi, yalnız yoxlanılmış şirkət hesablarına etibar etmələrini tövsiyə ediblər./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











