“Facebook” və “Instagram” xidmətlərini Avropa ölkələrində dayandıra bilər

“Meta” şirkəti Avropa İttifaqı ölkələrində “Facebook” və “Instagram” sosial şəbəkələrinin dayandırılması variantlarını nəzərdən keçirir.
Bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabatda bildirilib. Aİ-nin yeni qanunu Avropa ölkələrinin vətəndaşlarından istifadəçi məlumatlarını toplayan şirkətlərdən bu məlumatları Avropa serverlərində saxlamağı və işləməyi tələb edir. Bununla belə, “Facebook” və “Instagram” məlumatları ABŞ-da yerləşən serverlərdə də göndərir. Sosial medianın ana şirkəti “Meta” ehtimal verir ki, yeni qaydalara əməl etməyəcəyi təqdirdə xidmətlərini Avropada təqdim etməyi dayandırmaq məcburiyyətində qalacaq. “Meta Platforms”un qlobal məsələlər və kommunikasiyalar üzrə vitse-prezidenti Nik Kleq iddia edir ki, bu, Aİ-də şirkət tərəfindən təqdim olunan xidmətlərə və reklamlara arxalanan bir çox biznesə zərər verəcək.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












