“Falcon 9” internet peykləri orbitə çıxa bilməyib

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet sisteminin 20 ədəd mini peykini lazımi orbitə çıxara bilməyib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, buraxılışı zamanı “Falcon 9” raketinin ikinci pilləsi işə düşməyib və nəticədə “Starlink” peykləri daha aşağı orbitə yerləşdirilib. Artıq beş peyklə əlaqə qurmağa müvəffəq olan “SpaceX” kompaniyası onları ion mühərrikləri vasitəsilə lazımi orbitə çıxarmağa çalışır.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,7 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 72 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












