Gənclər üçün smartfon buraxılacaq

"ZTE" şirkəti "Weibo" sosial şəbəkəsi vasitəsilə tezliklə yeni seriyalı smartfonlar nümayiş etdirəcəyini açıqlayıb. Söhbət "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "S Series" seriyalı qurğulardan gedir.
Hazırda qurğular haqqında informasiya məhdud olsa da, hazırlanan smartfonların əsasən gənclər üçün nəzərdə tutulacağı məlumdur.
Bu isə o deməkdir ki, "ZTE" foto və videoçəkiliş imkanlarına böyük diqqət yetirəcək. Qurğular çoxmodullu kamera ilə təchiz ediləcək. Onun üç görüntü sensorunu özündə birləşdirəcəyi ehtimal olunur.
"S Series" seriyasına beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modellərin daxil olacağı gözlənilir. Bundan başqa, digər cəlbedici funksiyalar sadalanır.
Hazırda gələcək smartfonlar haqqında yalnız bu informasiya məlumdur. Təfərrüatlar yaxın gələcəkdə açıqlanacaq.
"Gartner" analitik şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə dünya bazarında 1,35 milyard smartfon satılıb. Bu, tədarük həcminin 1,54 milyard ədədə bərabər olduğu 2019-cu ildən 12,5 faiz azdır./"ICTnews"
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










