“Gmail” köhnə hesabları silib

Ötən gün “Google” şirkəti “Gmail” elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.
Bununla da 2 ildən artıq müddətdə istifadə olunmayan hesablar silinib.
Qeyd edək ki, “Google” bu hesabların silinməməsi üçün istifadəçiləri məlumatlandırmışdı. Şirkətin son bəyanatında da qeyd olunmuşdu ki, iki ildən artıqdır ki istifadə olunmayan hesabların silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə “Gmail” üzərindən elektron poçtlarına daxil olması kifayətdir.
Xatırladaq ki, cari ilin may ayında “Google” iki ildir ki, istifadə olunmayan elektron poçt hesablarının silinəcəyini elan etmişdi. Şirkət yeni siyasətə əsasən, belə bir addım atacağını bildirmişdi. “Google” bununla rəsmi şəkildə hesabda olan bütün məlumatların, eyni zamanda “Google Drive”a yüklənən fotoların da silinəcəyini bəyan etmişdi. (apa)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












