"Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR

"Google" "Gmail" istifadəçilərinə kiberhücum təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib.
Avtosfer.az "Metbuat.az"a istinadən xəbər verir ki, milyonlarla "Gmail" istifadəçisi son aylarda fişinq hücumlarının hədəfinə çevrilib.
Şirkət bildirir ki, bu “mürəkkəb” hücum 1,8 milyard istifadəçini risk altına alıb.
"İstifadəçilər 7 gün ərzində öz hesablarını qorumaq üçün təhlükəsizlik tədbirlərini aktivləşdirməlidirlər. Bu məqsədlə, istifadəçilər hesablarına bərpa üçün telefon nömrəsi və ya alternativ e-poçt ünvanı əlavə etməlidirlər.
Belə hücumlara məruz qalan şəxslər panikaya düşməməlidir. Əgər hesab kilidlənibsə belə, bir həftə ərzində geri bərpa etmək mümkündür. Şirkət sizdən heç vaxt parol və ya şəxsi məlumat istəməz. Şübhəli bildirişlərə qarşı diqqətli olun və təhlükəsizlik ayarlarınızı yoxlayın.”
Fişinq hücumunun detalları "Ethereum"un yaradıcısı Nik Conson tərəfindən ortaya çıxarılıb. O bildirib ki, saxta dəstək portalı görünüşündə hazırlanan bir səhifə, istifadəçiləri şəxsi məlumatlarını paylaşmağa sövq edir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










