“Google Chrome” brauzeri saytları daha sürətli açacaq

Populyar brauzerdə reallaşdırılacaq yeni seçim veb-səhifələrin açılmasını sürətləndirəcək. Bu haqda proqram tərtibatçılarının sənədinə istinadən "WindowsLatest" nəşri yazıb.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, yenidən sarınma keşi (BFcache) istifadəçilər "geri" və ya "irəli" düyməsinə sıxdıqda əvvəl açılmış səhifələri daha sürətli yükləməyə imkan verəcək.
"BFcache" seçimi "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün versiyada özünü doğruldub. "Google"un mütəxəssisləri onun veb-naviqasiyanın sürətini 20% artırdığını hesab edirlər. Ancaq keş edilmiş səhifələr "JavaScript" senarilərini icra edə bilmədiklərinə görə ayrı-ayrı elementlər, məsələn, reklam nisbətən gec yüklənəcək.
"BFcache" funksiyası hələ ki "Windows", "macOS" və "Linux" üçün "Chrome 92" brauzerinin test quraşdırmasında əlçatandır, lakin tərtibatçılar onu daha geniş yaymağı planlaşdırırlar.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












