“Google” dünyanın aparıcı xəbər agentliyi ilə əməkdaşlığa başlayır

ABŞ-ın və dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti - "Google” Fransanın və dünyanın aparıcı xəbər agentliyi - “Agence France Presse” (AFP) ilə əməkdaşlığa başlayır.
Avtosfer.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən gün tərəflər arasında imzalanmış 5 illik müqaviləyə əsasən, agentlik xəbərlərini “Google News” servisində yerləşdirəcək və bunun müqabilində pul ödəyəcək.
"Google" və AFP-nin həmçinin faktların yoxlanması və sair məsələlər barədə birgə layihələr icra edəcəyi bildirilir.
Xatrladaq ki, “Google” şirkətinə xəbər servisində yerləşdirdiyi materiallara görə KİV-lə müqavilə imzalamaq öhdəliyini qoyan qanun Fransada ötən ilin aprel ayında qəbul edilib. Bu ilin iyul ayında isə şirkət bu qanunu pozduğuna görə 500 milyon avro cərimələnib.
Bu ilin fevral ayında “Google” Fransanın 121 media qurumu ilə bənzər müqavilə imzalayaraq onlara bütövlükdə 76 milyon avro vəsait ödəmək öhdəliyini götürüb. Həmin müqavilədə iştirak etməyən AFP dəfələrlə “Google”dan şikayət edərək onların da xəbərlərini ödənişli əsasla yerləşdirməyi tələb edib.
ted.az
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











